Tacikistan Prezidenti: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq
Tacikistan bütün ziddiyyətlərin və münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır. Biz Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən və məzmunundan məmnunluğumuzu bildiririk.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında səsləndirib.
"Bu baxımdan terrorizmə və ekstremizmə, radikalizmin təzahürlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən kibercinayətkarlığa və narkotik qaçaqmalçılığına qarşı mübarizəyə mühüm yer ayırırıq", - deyə Prezident E.Rəhmon vurğulayıb.
meqale.com