Tağı Əhmədovun dəfn yeri bilindi - Yenilənib

23:16

Tağı Əhmədovun dəfn yeri bilindi - Yenilənib
23:16

"Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi paytaxtdakı klinikalardan birindən məscidə aparılıb.

meqale.com oxuya istinadən xəbər verir ki, dini mərasimlərin icrasından sonra cənazə Novxanı qəsəbəsindəki evinə gətirilib.

Hazırda vida mərasimində mərhumun ailə üzvləri, yaxınları və bir sıra ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Tağı Əhmədov sabah günorta saatlarında Əhmədli qəbiristanlığında dəfn olunacaq.

---------- 22:27 "Bakı Metropoliteni" QSC-nin sabiq rəisi Tağı Əhmədovun cənazəsi Novxanıdakı evindən götürüləcək.

meqale.com xəbər verir ki, bu barədə Musavat.com-a onun xanımı Salatın Əhmədova deyib. O bildirib ki, hazırda həyat yoldaşının meyiti Əjdərbəy məscidinə gətirilib, orada yuyulduqdan sonra yenidən Novxanıya aparılacaq.

T. Əhmədovun dəfn yeri hələ müəyyənləşdirilməyib.