Tailand hərbçiləri dənizdə batan gəmidən 73 nəfəri xilas edib

Tailand hərbçiləri Andaman dənizindəki Bu-Bu adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

Tailand hərbçiləri dənizdə batan gəmidən 73 nəfəri xilas edib
Tailand hərbçiləri Andaman dənizindəki Bu-Bu adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

meqale.com report.az-a istinadən xəbər verir ki, bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Yüksək dalğalar gəminin aşmasına səbəb olub. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri qəza yerinə gəlib və sərnişinləri xilas ediblər.

Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.