Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan qadın tutuldu
Bakıda talassemiyalı xəstələrin valideynlərinə qarşı dələduzluq edərək xüsusilə külli miqdarda vəsaiti ələ keçirməkdə ittiham edilən qadın həbs edilib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki canlı yayımda qurumun idarə rəisi Natiq Abdullayev deyib.
O bildirib ki, talassemiya xəstələrin valideynlərinin müraciəti bu ilin fevral ayında daxil olub: "Bu məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova adlı şəxs Aysel Məmmədova adlı qadınla əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manat dələduzluq edib.
Nuriyə Seyidova barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaqı davam etdirilir".