Taleh Qaraşovun oğlu general oldu - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

meqale.com xəbər verir ki, ali rütbə alanlardan biri də polkovnik Seymur Taleh oğlu Qaraşovdur.

Sərəncamla o, "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilib.

Seymur Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

O, daha əvvəl FHN-in Cənub Regional Mərkəzinin rəis müavini, Daxili Tədqiqat İdarəsinin rəis müavini, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vəzifələrində çalışıb.

S.Qaraşov 2023-cü il iyulun 19-da FHN-in Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsinin rəisi təyin edilib.