Tanınmış cello ifaçısı Mark Drobinski tərəfindən ustad dərs keçirilib - FOTO
Filarmoniyaın təşəbbüsü ilə tanınmış cello ifaçısı Mark Drobinski tərəfindən ustad dərs keçirilib.
Kamera və Orqan Musiqisi Zalında M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşəbbüsü ilə tanınmış cello ifaçısı Mark Drobinski (Fransa) tərəfindən ustad dərs keçirilib.
M.Drobinski öz bilik və təcrübəsini məmnuniyyətlə həmkarları və gənc istedadlar ilə bölüşüb. O, dəfələrlə gənc musiqiçilərin hazırlığının yüksək səviyyədə olduğunu vurğulayıb və müəllimlərə mükəmməl professional əməyinə görə təşəkkür bildirib. Musiqiçi ən xırda detallara və nüanslara diqqət yetirir, müəyyən ifaçılıq tapşırıqlarının həllinin ən sadə yollarını nümayiş etdirib. M.Drobinski əsərin yaranma tarixinə, bədii məzmununun xüsusiyyətlərinə xüsusi diqqət yetirib.
Ustad dərsdə Calalə İsmayılzadə, Nuray Vəkilova, Vaqif Qurbanov, Orxan Hüseynov, Ərol Rzayev P.Locatelli, S.Rahmaninov, A.Piatti, A.Dvorak, J.S.Bach və F.Shubertin əsərlərini səsləndiriblər