Tanınmış futbolçu 25 yaşında öldü - FOTO
Almaniyanın "Yan Regensburq" klubunun futbolçusu Aqyemanq Diavuzi dünyasını dəyişib.
meqale.com report-a istinadən xəbər verir ki, o, 25 yaşında vəfat edib.
Sağ cinah müdafiəçisinin ölüm səbəbi barədə məlumat verilməyib.
Qeyd edək ki, Aqyemanq Diavuzi cari mövsüm 12 matçda meydanda olub. O, "Leyptsiq" klubunun yetirməsi idi.