Tanınmış gitaraçı küçədə güllələndi
Keçmiş gitaraçı Ceyk E Li Las Veqasda itini gəzdirərkən ona bir neçə atəş açılıb.
meqale.com axşam.az-a istinadən xəbər verir ki, güllələnən musiqiçi hadisə yerində huşunu itirib. O, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.
Polis məsələ ilə bağlı araşdırma aparır. Ceyki güllələyən şəxs hələlik saxlanılmayıb.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun