Tanınmış şair vəfat etdi

Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.

Tanınmış şair vəfat etdi
Tanınmış şair-publisist Soltan Abbas 92 yaşında vəfat edib.

meqale.com xəbər verir ki, bu gün Neftçala rayonunun Ballıca kəndində yaşadığı evdə dünyasını dəyişən mərhum kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Soltan İsrafil oğlu Abbasov 1933-cü il yanvarın 7-də anadan olub. Bədii yaradıcılığa 1960-cı ildən başlayıb. 1985-ci ildən Azərbaycan yazıçılar Birliyinin üzvü olan Soltan Abbas "Damcı", "Mənə çox öyrəşmə", "Tut ağacı", "Yollar-ömür yolum", "Səyyah etdi söz məni", "Nakam ömrün yaşıl anları", "Ömrü yaşadan sözlər" və s. kitabların müəllifidir.