Tanışının ölümünə səbəb olmaqda şübhəli bilinən şəxs tutuldu
Sentyabrın 29-u Mingəçevir şəhər sakini 1991-ci il təvəllüdlü Sönməzbəy Məmmədovun kəsilmiş-deşilmiş xəsarət alması və həmin xəsarətdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan meqale.com-a verilən məlumata görə, araşdırmalarla 1991-ci li təvəllüdlü Ceyhun İsrəfilovun aralarında yaranmış mübahisə zamanı Mingəçevir şəhəri, M.Maqomayev prospektində tanışı Sönməzbəy Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməsi nəticəsində sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Ceyhun İsrəfilov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.