Tarixdə İLK: Vatikanda kardinal zindana göndərildi
Tarixdə ilk dəfə olaraq Vatikanda kardinal mühakimə olunaraq həbsxanaya göndərilib.
meqale.com musavat.com-a istinadən bildirir ki, kardinal Ancelo Beccia Londonda mülki iş üzrə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib.
Kardinal Londonda Müqəddəs Taxt-Tac üçün daşınmaz əmlakın alınması prosesində yol verilmiş maliyyə pozuntularına görə ittiham edilib. İstintaq müəyyən edib ki, kardinal Beccia prosedur zamanı yol verilən pozuntulara və sui-istifadələrə görə məsuliyyət daşıyır. O, həmçinin yalan məlumat verməkdə və dələduzluqda ittiham olunub. Məhkəmə zamanı müttəhimlər kürsüsündə kardinaldan başqa daha 9 nəfər olub.
Böyük Britaniyada daşınmaz əmlakın alınması ilə bağlı sövdələşmə zamanı Beccia Vatikanın ümumi işlər üzrə dövlət katibinin müşaviri vəzifəsində çalışıb. İttiham tərəfi təqsirləndirilən şəxsə 7 il 3 ay həbs cəzası istəyib. Ancelo Beccia ittihamların heç biri üzrə günahını etiraf etməyib.