“Tavini” partiyası ilə BTQ arasındakı əməkdaşlıq dekolonizasiya prosesinə mühüm töhfə verəcək - Abbas Abbasov

İki təşkilat arasında təkcə siyasi sahədə deyil, həm də təhsil və səhiyyə sahələrində müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib.

"Bildiyiniz kimi, sabah Milli Məclisdə Fransız Polineziyasına həsr olunmuş konfrans keçiriləcək. "Tavini" partiyası ilə Bakı Təşəbbüs Qrupu arasındakı əməkdaşlıq Fransız Polineziyasının dekolonizasiya prosesinə mühüm və müsbət töhfə verəcək", - deyə o əlavə edib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun