"Taxt-tac oyunları" serialının aktyoru yeni dünya rekordu qırmaq niyyətindədir - FOTO

"Taxt-tac oyunları" serialının pərəstişkarlarına ser Qriqor kimi tanınan aktyor və idmançı Haftor Byörnsson Rusiyanın Krasnoyarsk şəhərində güc idman növləri üzrə yarışlarda iştirak edəcək.

"Taxt-tac oyunları" serialının pərəstişkarlarına ser Qriqor kimi tanınan aktyor və idmançı Haftor Byörnsson Rusiyanın Krasnoyarsk şəhərində güc idman növləri üzrə yarışlarda iştirak edəcək.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə Rusiya Bodibildinq Federasiyasının Mətbuat Xidmətindən bildirilib.

Byörnsson turnirdə iştirak üçün müqavilə imzalayıb. O, ağırlıqqaldırma üzrə yeni dünya rekordunu qırmağa cəhd etmək niyyətindədir.

2020-ci ildə Byörnsson tərəfindən qurulmuş hazırkı rekord 501 kq təşkil edir.

Turnir 19-20 aprel tarixlərində keçiriləcək.

Byörnsson peşəkar idman karyerasına 2006-cı ildə basketbolçu kimi başlayıb. 2008-ci ildə diz zədəsindən sonra basketbolu tərk edib və güc ekstriminə yönəlib. O, 11 dəfə İslandiyanın ən güclü adamı adına layiq görülüb. 2013-cü ilin avqustunda "Taxt-tac oyunları" serialının 4-cü mövsümündə Qriqor "Dağ" Kliqan roluna təsdiq edilib. Bu rol 36 yaşlı islandiyalını ulduz edib.

2015-ci ildə Byörnsson Norveçdə "Dünyanın ən güclü vikinqi" yarışlarında min illik rekorda imza atıb - o, 650 kiloqramlıq 10 metrlik kötüyü 5 addım daşımağı bacarıb. Əvvəlki rekord X əsrin əvvəllərində "Güclü Orm" ləqəbli islandiyalı vikinq Orm Storolfsson tərəfindən qurulub; o, eyni çəkidə gəmi dirəyini üç addım daşıdıqdan sonra belini sındırıb.