Taylanddakı daşqından son görüntülər - VİDEO
Xəbər verdiyimiz kimi, Taylandın cənubunda yağan musson yağışları 384 kənddə daşqınlara səbəb olub. 20 mindən çox ev su altında qalıb.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Taylandın Təbii fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması departamentindən məlumat verilib ki, güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 4 nəfər ölüb, 3 nəfər itkin düşüb.
100 mindən çox sakin fəlakətin acı nəticələri ilə üz-üzə qalıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, yağıntılar tədricən azaldığından çayların səviyyəsi azalıb və kommunal xidmətlərin tezliklə daşqından zərərin təmizlənməsinə başlaya biləcəyi gözlənilir.