Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilir
Tbilisidə IV Beynəlxalq İpək Yolu Forumu keçirilir.
meqale.com APA-ya istinadən bildirir ki, bu ilki forumda 60 ölkədən siyasi liderlər və biznes təmsilçiləri, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri də daxil olmaqla təxminən 2000 nümayəndənin iştirakı gözlənilir.
Azərbaycanı bu ilki forumda Baş nazir Əli Əsədov təmsil edir.
Beynəlxalq tədbirin açılış mərasimində Baş nazir Əli Əsədovla yanaşı Ermənistan Baş naziri Nikol Paşinyanın, həmçimin Monteneqro Baş naziri Dritan Abazoviçin çıxış edəcəyi bildirilib.
İki gün davam edəcək forumun əsas missiyasının və mövzusunun "dayanıqlı sabah üçün bu günü əlaqələndirmək" olduğu bildirilib.
Forumda əsas müzakirə mövzularının Şərq-Qərb ticarət arxitekturası, "Orta dəhliz"in rolunun artırılması, enerji sektorunun şaxələndirilməsi, dayanıqlı turizm, dayanıqlı gələcək naminə investisiyaların şaxələndirilməsi olduğu bildirilib.