TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydı - YENİLƏNİB
20:51 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.
meqale.com xəbər verir ki, TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.
Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.
Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.
-------
16:10 Xalq artisti Naibə Allahverdiyevanın səhhətində problemlər yaranıb.
O, səhhəti ilə bağlı RTV-ə açıqlama verib. Xalq artisti hazırda 5 saylı kliniki xəstəxanada olduğunu qeyd edib:
"Hazırda 5 saylı kliniki xəstəxanasınadayam. Həkimlərdən cavab gözləyirəm. Hansı infeksiya olduğunu hələ bilmirlər. Mən də gözləyirəm".
Qeyd edək ki, Naibə Allahverdiyeva lente müraciət edərək xəstə olduğunu həkimlərin ona çarə tapa bilmədiyini deyərək kömək istəyib.
Naibə Allahverdiyeva müsahibəsində bildirib ki, 3 gündür çox ağır vəziyyətdədir və həkimlərdən kömək ala bilmir: