Təbrizdə partlayış: Xeyli yaralı var

Bu gün səhər saatlarında Təbriz şəhərinin Axmaqaya məhəlləsində şəxsi mənzildə güclü partlayış baş verib.

Təbrizdə partlayış: Xeyli yaralı var
Bu gün səhər saatlarında Təbriz şəhərinin Axmaqaya məhəlləsində şəxsi mənzildə güclü partlayış baş verib.

meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Şərqi Azərbaycanın Təcili Yardım Mərkəzi məlumat yayıb.

Qaz sızması nəticəsində meydana gələn partlayış nəticəsində mənzil dağılıb.

Dağıntılar altından çıxarılan 10 nəfər şəhərin Taliqani və İmam Rza xəstəxanalarına köçürülüb.