TƏCİLİ: Xəstələnən Xalq artisti Bakıya gətirilir

Dünən Xalq artisti Şahnaz Haşımovanın yaşadığı Gəncə şəhərində Abbas Səhhət adına Xəstəxananın Təcili Yardım Şöbəsinə yerləşdirilməsi barədə məlumat vermişdik.

meqale.com lente istinadən bildirir ki, vəziyyəti nisbətən sabitləşmiş müğənninin müalicəsinin davam etdirilməsi üçün Bakıya gətirilməsinə qərar verilib.

Bu barədə onun bacısı Əməkdar artist Aybəniz Haşımova məlumat yayıb.

O bildirib ki, böyük bacısı Şahnaz Haşımovanın müalicəsi Gömrük Hospitalında davam etdirəcək. 

66 yaşlı Şahnaz Haşımova şəkər və hipertoniya xəstəliyindən əziyyət çəkir.