"Tədris müddəti qısadır, müzakirələrə başlamalıyıq"
Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib.
Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil.
"Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq.