Təhlükəli yüklərin daşınması Qaydaları təsdiqləndi
Təhlükəli yüklərin mülki hava gəmilərində daşınması Qaydaları təsdiqlənib.
meqale.com xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, bu Qaydalar mülki hava gəmisi ilə təhlükəli yüklərin göndərilməsi, qəbulu, saxlanması, yüklənib-boşaldılması və daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslərin, mülki hava gəmilərinin istismarçılarının hava limanlarının, təhlükəli yüklərin poçt vasitəsilə göndərilməsi ilə məşğul olan poçt operatorlarının, həmçinin təhlükəli yüklərin mülki hava gəmiləri ilə təhlükəsiz daşınmasına nəzarət edən müfəttiş heyətinin fəaliyyətinə şamil edilir. Təhlükəli yüklərin Azərbaycan Respublikasına mənsub mülki hava gəmilərində xarici dövlətlərin ərazisində və beynəlxalq hava yolları ilə daşınması zamanı həmin dövlətlərin qanunvericiliyində və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa qayda nəzərdə tutulmamışdırsa, bu Qaydaların müddəaları tətbiq edilir.Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair ümumi tələblər