Tehran meri də prezident olmaq istəyir

Tehran meri Əlirza Zəkani növbədənkənar prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.

Tehran meri də prezident olmaq istəyir
Tehran meri Əlirza Zəkani növbədənkənar prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib.

meqale.com APA-ya istinadən bildirir ki, Əlirza Zəkani 2021-ci ildəki seçkilərdə namizəd olsa da, İbrahim Rəisinin lehinə geri çəkilmişdi.

Zəkani insan haqlarının pozulmasına görə Böyük Britaniya tərəfindən sanksiyaya məruz qalıb. O, SEPAH-ın Tələbə Bəsic Təşkilatının rəhbəri olub.

Xameneinin ofisinin nüfuzlu adamlarından biri kimi tanınan Vahid Həqaniyan da bu gün prezident seçkilərində namizəd olmaq üçün qeydiyyatdan keçib. Mostazafan Fondunun prezidenti, mühafizəkar siyasətçi Pərviz Fəttah isə bugünkü açıqlamasında seçkilərdə iştirak etməyəcəyini bildirib.