Tehranda yaşayış binası uçub, ölən və yaralananlar var - VİDEO
İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə yerli "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub.
Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.