Təl-Əvivdə partlayış - ölən və yaralananlar var
Təl-Əvivdə baş verən partlayış nəticəsində azı bir nəfər ölüb, 7 nəfər yaralanıb.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.
Qeyd olunur ki, iki zərərçəkən qəlpə yaraları ilə xəstəxanaya çatdırılıb.
İsrail Ordusunun yaydığı məlumata görə, partlayışa səbəb "hava hədəfinin" yerə düşməsi olub.