Təl-Əvivin mərkəzində atışma, ərəbcə qışqırıqlar...
İsrailin paytaxtı Təl-Əvivdə Sarona bazarı istiqamətində atəş səsləri eşidilib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə "Yerusəlim Post" məlumat yayıb.
Bildirilib ki, atışma zamanı ərəbcə qışqırıqlar eşidilib, şəhərdə çaxnaşma yaranıb.
İtkilər barədə məlumat verilmir.