Tələbə adı qazananların NƏZƏRİNƏ
Ali təhsil müəssisələrinə qəbul olunanlar sentyabrın 5-dən 14-dək elektron qaydada portal.edu.az saytı vasitəsilə qeydiyyatdan keçməlidirlər.
meqale.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək:
"Onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək".