Təranə Səmədovanın cəzasında dəyişiklik edildi

Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

Təranə Səmədovanın cəzasında dəyişiklik edildi
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmə belə qərar qəbul edib.

Məhkəmə məhkum prodüserin şikayətini qismən təmin edib. Qərara əsasən, Tərana Səmədovanın cəzası 6 ildən 5 ilə endirilib. Onunla birgə məhkum edilmiş Rasim Həsənovun şikayəti isə təmin olunmayıb. 

Bu qərarla prodüser yaxın müddətdə cəzasının yarıdan çoxunu çəkməsi əsası ilə həbsdən azad edilə bilər. 

Xatırladaq ki, Təranə Səmədova və Rasim Həsənov 2023-cü ilin fevralında həbs olunub. Onlar birgə hədə-qorxu ilə tələb etməkdə ittiham ediliblər.