Terimin komandası derbidə "Olimpiakos"a qalib gəldi

Yunanıstan kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

Terimin komandası derbidə
Yunanıstan kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

meqale.com qol.az-a istinadən xəbər verir ki, türkiyəli mütəxəssis Farih Terim yeni komandası "Panatinaikos" əzəli rəqibi "Olimpiakos"un qonağı olub.

Matçın əsas vaxtında qol vurulmayıb. İlk oyunda 1:1 hesabı qeydə alındığından qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılıb. Burada da hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Penaltilərdə "Panatinaikos" rəqibini 7:6 hesabı ilə üstələyərək 1/4 finala yüksəlib.