Tərtərdən növbəti acı xəbər: Daha bir sakin... - YENİLƏNDİ

Oktyabrın 6-da saat 20:30 radələrində Tərtər rayonunun Həsənqaya kəndi ərazisində kənd sakini 1986-cı il təvəllüdlü Zaməddin Həsənlinin minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətindən meqale.com-a bildirilib ki,Z.Həsənli minaya düşməsi nəticəsində ayağından xəsarət alıb. O, dərhal xəstəxanaya çatdırılıb.

Araşdırma aparılır.

--------

17:46

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində mina partlayışı baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Hadisə ilə əlaqədar araşdırma aparılır.