Texasda “Tesla”nın diler mərkəzində partlayıcı qurğular aşkarlanıb
ABŞ-nin Texas ştatının Ostin Polis Departamenti İlon Maska məxsus “Tesla” şirkətinin dilerində bir neçə partlayıcı qurğunun aşkar edildiyini bildirib.

Bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Polis martın 24-də səhər saatlarında şübhəli qurğular aşkarladıqlarını və minaxtaranlar üzrə mütəxəssislərin onların partlayıcı olduğunu müəyyən edərək zərərsizləşdirdiyini bildirib. Xəsarət alan olmayıb, araşdırmalar davam edir.
Daha sonra ABŞ-nin Federal Təhqiqat Bürosu (FTB) “Tesla”nı hədəf alan insidentlərlə məşğul olmaq üçün işçi qrupunun yaradıldığını elan etdi. “Zorakılıq, vandalizm və məişət terroru aktları – məsələn, “Tesla”ya qarşı son hücumlar – qanunun bütün miqyasında mühakimə olunacaq”, - büro televiziya kanalına bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbə ABC-yə bildirib ki, agentliyə “Tesla” dilerlərinə, avtomobillərinə və enerji doldurma məntəqələrinə 48 hücum barədə məlumat daxil olub.