Teylor Svift gizlicə ərə gedib?
Amerikalı məşhur müğənni Teylor Sviftin nümayəndəsi Tri Peyn onun toyu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
meqale.com axşam.az-a istinadən bildirir ki, sənətçinin meneceri ifaçının 2020-2021-ci illərdə Britaniyada Co Elvinlə gizlicə evlənməsi haqda məlumatları təkzib edib:
"Toy olmayıb, bu, əsassız bəyanatdır! Bu cür yazıların səbəb olduğu ağrı və travmaya görə məsuliyyət daşımağın vaxtıdır".