Təyyarə havaya qalxarkən qəzaya uğradı - Ölənlər var - ANBAAN VİDEO

Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava limanında təyyarə qəzaya uğrayıb.

Təyyarə havaya qalxarkən qəzaya uğradı - Ölənlər var - ANBAAN VİDEO
Venesuelanın qərbində yerləşən Taçira ştatındakı Paramillo hava limanında təyyarə qəzaya uğrayıb.

meqale.com xəbər verir ki, bu barədə Mülki Aviasiya üzrə Milli İnstitut (INAC) məlumat yayıb.

Qəza nəticəsində iki nəfər həyatını itirib.

"Hadisədən dərhal sonra müvafiq protokollar işə salınıb və hava limanının yanğınsöndürən briqadası qəzanın nəticələrinə cavab tədbirləri görüb," - deyə bildirilib.

Qurumun məlumatına görə, qəzanın səbəblərini müəyyənləşdirmək üçün istintaq aparılır.