Təyyarənin vurulduğu HHM raketinin fraqmentlərinin GÖRÜNTÜLƏRİ

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Embraer-190" sərnişin təyyarəsinin vurulduğu hava hücumundan müdafiə sisteminin raketinin fraqmentlərinin görüntüləri yayılıb.

meqale.com xəbər verir ki, müvafiq fotolar Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən dərc edilən AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatında yerləşdirilib.

Qeyd edək ki, Qazaxıstan Nəqliyyat Nazirliyi "Azərbaycan Hava Yolları" QSC-nin "Embraer-190" təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.

Xatırladaq ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer-190 sərnişin təyyarəsi dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.