TFF və klublardan final matçı ilə bağlı birgə açıqlama

Türkiyə Futbol Federasiyası, "Qalatasaray" və "Fənərbağça" Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi nəzərdə tutulan final matçının ləğvi ilə bağlı birgə açıqlama yayıb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, açıqlamada final matçının qeyri-müəyyən bir tarixə qədər təxirə salındığı bildirilib.

Həmçinin evi sahibliyi edən ölkənin (Səudiyyə Ərəbistanı - red.) Futbol Federasiyasına, müvafiq qurumlarına Superkubok üçün göstərdiyi səylərdən dolayı təşəkkür edilib.

Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edildiyi bildirilir.