TikTok-a qadağa qoyulacaq

Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

TikTok-a qadağa qoyulacaq
Qırğızıstanda TikTok-a qadağa qoyulacaq.

meqale.com Trend-ə istinadən bildirir ki, Qırğızıstan Mədəniyyət, İnformasiya, İdman və Gənclik Siyasəti Nazirliyi ölkədə TikTok-un fəaliyyətinin dayandırılması ilə bağlı qərar verdiyini açıqlayıb.

Məlumata görə, qərarın qanunvericilik çərçivəsində reallaşması üçün artıq Rəqəmsal İnkişaf Nazirliyinə müraciət göndərilib.

Mədəniyyət Nazirliyindən bildirilib ki, bir sıra qeyri-hökumət təşkilatlarından uşaqların psixi inkişafına və sağlamlığına mənfi təsir göstərən "TikTok" sosial şəbəkəsinin zərərli təsirləri ilə bağlı şikayətlər artıb.