"Tiktok"da canlı açıb öz evini yandırdı - VİDEO

Çankırının İlqaz rayonunda yaşayan şəxs sosial şəbəkədə canlı yayım edərək evini yandırıb.

Çankırının İlqaz rayonunda yaşayan şəxs sosial şəbəkədə canlı yayım edərək evini yandırıb.

meqale.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Onaç kəndində baş verib.

M.U. adı çəkilən şəxs sosial media platformasında canlı yayıma başlayıb evin müxtəlif yerlərində od yandırıb. Yanğın sürətlə böyüyərək qonşusu K.K.-nın evinə keçib. 

Yanğın nəticəsində həmin şəxsin və qonşusunun evləri yararsız hala düşüb.

M.U-nun hansı səbəbdən belə hərəkət etməsi hələlik məlum deyil.

Fidan meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun