Tiktoker “Miray” həbs olundu

"Miray" kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

Tiktoker “Miray” həbs olundu
"Miray" kimi tanınan tiktoker Aysel Mustafayeva həbs edilib.

"Qafqazinfo"nun məlumatına görə, onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.  

"Miray" polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.

Tiktoker Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirilir.