“Time” Baydeni belə tənqid etdi

Xəbər verdiyimiz kimi, iyulun 27-də ABŞ-də seçkiöncəsi 81 yaşlı hazırkı Prezident Co Baydenlə 78 yaşlı sabiq Prezident Donald Tramp arasında CNN-in Atlantadakı baş qərargahında ilk debat keçirilib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, debatdan sonra ölkənin nüfuzlu "Time" jurnalı üz qabığı ilə diqqətləri üstünə çəkib. Belə ki, Baydenin teledebat zamanı fikrini izah edə bilməməsi, həyəcanlı halda debatdan ayrılması diqqətlərdən qaçmayıb.

Jurnal Co Baydenin fotosunu "Panika" başlığı ilə dərc edib. "Time" nəşri bununla da Amerika liderinin Trampla debatdakı uğursuzluğuna münasibət bildirib.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək. Tramp Respublikaçılar partiyasının, Bayden isə Demokratların namizədi kimi seçkilərdə iştirak edəcək.