Toivo Klaar Azərbaycana gəlir

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Toivo Klaar Azərbaycana gəlir
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycana səfər edəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Avropa İttifaqından isə Trend-ə bildirilib ki, Toivo Klaarın Azərbaycana səfəri yaxın günlərdə baş tutacaq.

Qeyd edək ki, T. Klaar hazırda Ermənistanda səfərdədir.

Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

meqale.com