Tokayev “soyqırımı” abidəsini ziyarətdən imtina etdi
Ermənistan XİN-i Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin İrəvana səfəri zamanı qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı şərh edib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
"Bu, protokolun istəyə bağlı hissəsidir", - məlumatda deyilir.
Mediada qeyd olunur ki, əvvəllər "xatirə"ni ziyarət etmək bütün dövlət səfərləri üçün məcburi idi.