Tokayevin Azərbaycana səfər tarixi və proqramı açıqlandı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.

Tokayevin  Azərbaycana səfər tarixi və proqramı açıqlandı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana dövlət səfəri edəcək.

meqale.com xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 11-12 mart tarixlərində Azərbaycana səfər edəcək. İki günlük səfər zamanı Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq üzrə bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır", - deyə səfir bildirib.

Alim Bayelin qeyd edib ki, Qazaxıstan Prezidenti, həmçinin, Füzuliyə səfər edəcək və burada Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin açılış mərasimində iştirak edəcək.