Tolik çalışdığı telekanaldan şikayətləndi: "Ayaqlarına daş düşəydi..." – FOTO
"Uğursuz hara gedirsə, özü ilə uğursuzluq aparır. MTV kanalı o qədər yaxşı idi ki... İndi bir neçə nəfər uğursuz gəlib, ayaqlarına daş düşəydi gəldikləri yerdə".
meqale.com bizim.media-ya istinadən bildirir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında yazıb.
"Tarixin bir günü" verilişinin aparıcısı Tolik çalışdığı MTV Azərbaycan kanalından şikayətlənib: "Nəfsləri yalnız onun, bunun efirindədir. Allah sizi bildiyi kimi etsin. Mənə bata bilmirlər, çünki gözlərinin odunu almışam. Kanalın rəhbərinə qurban olun, o qədər gözəl insandır ki, sizi kimi tülkülərə inanır. Allah onun köməyi olsun. Amma siz də o birilər kimi gedəcəksiniz. Komandamla işiniz olmasın".
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun