Tolik: "Deputat olmaq üçün "İnstagram"dan səs toplamaqla iş bitmir"

Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu dəfə bəzi deputatlığa namizədləri tənqid edib.

Tolik:
Aparıcı-prodüser Tarix Əliyev (Tolik) bu dəfə bəzi deputatlığa namizədləri tənqid edib.

meqale.com musavat.com-a istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib:

"Ötən gündən deputatlığa namizədlərin seçki kampaniyasında təbliğat və təşviqat prosesi başlayıb. Çoxları artıq pullarını "İnstagram" və digər sosial şəbəkələrdə reklama xərcləyir. Bu məni çox düşündürür ki, onlar niyə gedib seçki dairələrində iş görmək əvəzinə qapılarda şəkil çəkdirir, şüar yapışdırırlar?

Biz vətəndaş olaraq sual veririk, amma onların feyk profillərlə əlaqəli qohumları çıxıb, təriflər yağdırırlar. Mənim qanuni haqqımdır ki, bilim namizəd kimdir.