Tolik Zaura söz atdı: “Mən Vəfanı çağıran kimi...”
"Mən səni efirə dəvət edən kimi, Zaur da Şəbnəmi çağırır".
Bu sözləri aparıcı Tarix Əliyev Vəfa Şərifova ilə söhbəti zamanı səsləndirib.
"Tarixin bir günü" verilişinin kameraarxası görüntülərində müğənnilərlə söhbət edən aparıcı, Şəbnəm Tovuzlu və Zaur Nəbioğluna söz atıb. O, Vəfa Şərifovanın efir qonağı olduğunu vurğulayaraq, Zaur Nəbioğlunun da hər dəfə Şəbnəm Tovuzlunu dəvət etdiyini qeyd edib. Tarix Əliyevin zarafat dolu sözləri studiyada gülüşə səbəb olub: