Toral Bayramov: “Yenə də hər matça qələbə üçün çıxacağıq”

"Mövsümdə qarşımıza yalnız çempionluq məqsədi qoymuşduq".

Toral Bayramov: “Yenə də hər matça qələbə üçün çıxacağıq”
"Mövsümdə qarşımıza yalnız çempionluq məqsədi qoymuşduq".

meqale.com İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib.

O, komandasının 11-ci dəfə Azərbaycan çempionu olmasını şərh edib. Bayramovun sözlərinə görə, bu il ağır təqvimdə oynayıblar: "Avropa Liqası, Azərbaycan kuboku və Premyer Liqada mübarizə apardıq. Ancaq bunlara baxmayaraq, sevindirici haldır ki, ölkə çempionatının bitməsinə 8 tur qalmış çempionluğu təmin etdik. Çox çətin mövsüm oldu. Qarşıdakı oyunlara diqqətlə və məsuliyyətlə yanaşmalıyıq. Hər şey bəlli olsa da, bundan sonra da hər matça qələbə üçün çıxacağıq".