Tövlədən qaçan öküz “VAZ 2109”u belə parçaladı - VİDEO
Türkiyənin Nevşehir vilayətində tövlədən qaçan öküz küçədə park halındakı "VAZ-2109" markalı avtomobilə ziyan vurub.
meqale.com xəbər verir ki, hadisə anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Kadrlarda öküzün avtomobilə təkrar-təkrar zərər verdiyi görünür.
Hadisədən sonra heyvan baytar həkimlər tərəfindən iynə vasitəsilə sakitləşdirilib və daha sonra kəsim məntəqəsinə aparılıb.