Tovuzda dönərdən zəhərlənənlərdən xəbər var - Yenilənib - FOTO

25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Tovuzda dönərdən zəhərlənənlərdən xəbər var - Yenilənib - FOTO
25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 35 nəfər (16-sı kişi, 19-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib:

"Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

---------

08:58

36 nəfər zəhərlənmə şübhəsi ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə meqale.com-a AQTA-dan məlumat verilib.

Hospitalizasiya edilən şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

Hazırda onların müalicəsi xəstəxananın təcili yardım şöbələrində davam etdirilir.

--------------

2025.06.25

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 28 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

---------- 21:01

Tovuzda dönərdən zəhərlənən şəxslərin sayı 26 nəfərə çatıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

--------- 20:23

Tovuzda dönərdən zəhərlənən digər şəxslərin adları məlum olub.

Zəhərlənənlər 2012-ci il təvəllüdlü Qədir Yusofov,1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci il təvəllüdlü Nurəddin Məmmədov, 1991-ci il təvəllüdlü Suqra Abdullayeva, 2009-cu il təvəllüdlü Təhminə Məmmədova və 2008-ci il təvəllüdlü Məmmədəli Hacıyevdir.

Qeyd olunur ki, zəhərlənən qadınlardan biri hamilə olub.

--------- 20:11

25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 20 nəfər (10-u kişi, 10-u qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə meqale.com-a TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib.

"Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir", - qurumdan qeyd olunub.

----------- 19:20 25.06.2025-ci il tarixində saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Bu barədə meqale.com-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib. 

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

--------- 18:58

Tovuzda dönərdən kütləvi zəhərlənən şəxslərin kimlikləri  məlum olub.

meqale.com-ın  məlumatına görə, zəhərlənən şəxslər 2022-ci il təvəllüdlü Əli Əliyev, 2007-ci il təvəllüdlü Aysu Cəfərova,1979-cu il təvəllüdlü Xatirə Musayeva, 2008-ci il təvəllüdlü Ruslan  Əmiraslanov, 2017-ci il təvəllüdlü Rəvan Eyvazov, 2013-cü il təvəllüdlü Ramal Eyvazov, 1983-cü il təvəllüdlü Daşdəmir Eyvazov, 2019-cu il təvəllüdlü Pünhanə Ələkbərli, 2016-cı il təvəllüdlü Emil Kərimli, 2018-ci il təvəllüdlü Elif Kərimli, 1997-ci il təvəllüdlü Şahanə Əliyeva, 2006-cı il təvəllüdlü Aygün Hüseynova və daha bir nəfərdir.

Hazırda onlara xəstəxanaya yardım edilir. Hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb olunub.

------------ 18:47 Tovuz rayonunda dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.