Tovuzda qəza - xəsarət alanlar var - FOTO
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
meqale.com APA-ya istinadən bildirir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Hərəkətdə olan "Opel" ilə "VAZ 2107" markalı minik maşınları toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.