Tovuzda yol qəzası olub, baba və nəvə xəsarət alıb
Tovuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
meqale.com report-a istinadən xəbər verir ki, minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər - 1957-ci il təvəllüdlü V.Hüseynov və nəvəsi, 2009-cü il təvəllüdlü E.Hüseynov xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.