Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi

22:43 Tovuz rayonunun Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbindəki zəhərlənmədə zərərçəkənlərin bəzilərinin vəziyyəti pisləşib.

Tovuzda zəhərlənənlərin vəziyyəti yenidən pisləşdi
22:43 Tovuz rayonunun Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbindəki zəhərlənmədə zərərçəkənlərin bəzilərinin vəziyyəti pisləşib.

meqale.com xəbər verir ki, hadisə nəticəsində üç övladı zəhərlənən ata Cavid Hacıyev Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, digər iki övladının vəziyyətində pisləşmə olmayıb, lakin ortancıl qızına sistem köçürüldükdən sonra kəskin sancılar başlayıb:

"Sifəti ağardı, əlləri buza döndü. Dərhal təcili tibbi yardıma müraciət etdik, gəlib ağrıkəsici iynə vurdular, daha sonra xəstəxanaya gətirdik".

---------

13:08

Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə tədris prosesi bərpa olunub.

meqale.com xəbər verir ki, bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, ötən gün sobalara baxış keçirilib, problem aradan qaldırılıb və istilik təmin olunub:

"Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri səlahiyyətlərini icra edən, müdir müavini Anar Məcidov təhsil müəssisəsində olub, davamiyyət və tədris prosesi ilə maraqlanıb. Hazırda təhsil sektorunun əməkdaşları da məktəbdədir. Vəziyyət nəzarətdə saxlanılır".