Toya basqın - 5 azərbaycanlı tutuldu
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən restoranların birində baş tutan azərbaycanlıların toy mərasimi hüquq-mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat səbəbindən qəfil yarımçıq kəsilib.
meqale.com musavat.com-a istinadən bildirir ki, bununla bağlı videogörüntülər "Telegram" kanallarında paylaşılıb.
Mərasimin keçirildiyi məkana gələn hüquq-mühafizə orqanları əməkdaşları toyda iştirak edən bütün vətəndaşların sənədlərini yoxlayıblar.
Yoxlama nəticəsində beş nəfərin saxlandığı bildirilir.
İlkin məlumata görə, saxlanılan şəxslərin deportasiya olunacaqları gözlənilir.